Nig(h)tmare (11:58) » Sən varsansa, sən yaşayırsansa, sən nəfəs alırsansa sən dəyərlisən... Sən yoxsansa əgər, o zaman artıq sən acı bir xatirədən başqa bir şey deyilsən.
🍁HuZuR_🌾QoXaN🪷QaDiN🍁 (11:53) » Çabasını görmədiyin bir kimsənin sevgsine inanma.
Nig(h)tmare (11:47) » Bu fani və boş həyatda insanın cəmi iki dəfə ailəsi olur. Birincisi onun doğulduğu, böyüdüyü, həyatı necə olduğunu birinci dəfə dərk etdiyi ilk ailədir. Bu ailədə insan bu böyük həyat yoluna başlayır və demək olar ki yeni həyat üçün bir zəmin yaranır. Bu ailədə öyrəndiklərin sənin gələcəkdə necə tipli bir insan olacağını müəyyən edir.
📚Library📚 (11:43) » Bir insanın ən yaralı yerini görəndə, onu hiss edin sonra toxunun. İlk öncə onun içindəki insanlığı sevin. Sonra vücuduna aşiq olarsınız. Bəlkədə sevdiyin insan gözəl/yaraşıqlı deyil, başqalarına baxanda. Amma əsas olan, sənin gözündə necə görünməyidir. Əlini tutanda savunmasız olmadığı hiss etməkdir. Gözlərinə baxanda, dünyanın ən gözəl dənizini seyr edirmiş kimi baxmaqdır. Saçlarının hər halını sevməkdir..
Nig(h)tmare (11:35) » Vicdanlı olmaq qorxmaq deyil, vicdanlı olmaq ən çətin anlarda belə insan qalmağı bacarmaqdır.
📚Library📚 (11:30) » Günlərdən bazar..🥱🪐dünənki yağışdan sonra hər tərəf çiçək kimidir prıl-prıl miss kimi kokuyor..))🌞🌼🌿☘🌱🦋🐞 kaş insanların da çirkinliylərini yağış yuya bilsəydi kaş..:/🍀 biraz online açim istirahet günümdən sənədə pay ayırım sevdim azz ..😌))
Nig(h)tmare (11:26) » bəzən biz insanlar heç vaxt yaşamadığımız həyatların, anların, günlərin müzakirəsini çox rahatlıqla edirik. Qarşımızdakı adam nə yaşayıb? Nələr görüb? Hansı günlərdən keçib?. Bütün bu sualları heç özümüzə vermədən həmin adamı tez nankor, alçaq, fərsiz övlad kimi sözləri ilə damğalamağa başlayırıq. Nə üçün? Kim bizə bu haqqı verib?