Online Sms:Birisi gələr həyatına, bütün hədd çizgilərini onun üçün aşarsan. Səni incitsə də qəlbinin ən yaxşı bildiyi işi edərsən. Nə sevməkdən vazkeçərsən, nə də ona verdiyin dəyərdən. Qəlbinə yaraşan da bu olar. Sonralar üzüldüyündə yaşadığın o gözəl anlar peşmanlığa üstün gələr. Çünki sən, qarşındakına deyil, içində daşıdığın gerçək sevgiyə dəyər vermiş olarsan. Ağrısını gözə alaraq..